"Gənclik illərimizi təmiz yaşayaq!"

Məmmədzadə Zərintac 02/09/2020

Gənclik insan həyatının maraqlı və həssas dövrüdür. Əsas olan onu doğru dəyərləndirmək və təmiz yaşamaqdır. 

Çox insan yaşa dolduqca gənclik illərini yaxşı keçirmədiklərinə görə peşman olur...

Hər birimiz kiçik yaşlardan çoxlu arzular qururuq. Bir çoxları bunu məqsəd halına gətirib mübarizə aparırlar. Bəziləri də tənbəllikdən, səhv yollara düşmə kimi səbəblərdən arzularını reallaşdıra bilmirlər. 

O mübarizə aparanlar var ki baxın, onlar məqsədlərində qəti olurlar. Bu insanlar gəncliyə addım atanda onu elə uğurlu və parlaq yaşayırlar, sözlərlə ifadə etmək çətin olur.

Əks yöndəkilər isə ümumiyyətlə həyatlarında heç nəyi doğru icra etmirlər və qaranlıq burulğanlarında itirlər... Təəssüflər olsun!


Gənclərin formalaşmasında ətraf mühitin müəyyən qədər rolu var. Lakin onların öz mənəviyyatı, ağlı daha böyük əhəmiyyət kəsb edir! Tərbiyə, vicdan, düzgünlük, sonrakı amillərdən- uğurlu karyera, ailə həyatı qurmaq hər bir gəncin özündən asılıdır. 


Bu işdə valideynlərin rolu da ön plandadır. Valideynlərin uşaqlara göstərdikləri münasibət onların yetişməsində vacib amildir.

Ana-atalar kiçik yaşlarından uşaqların öz hüquqlarını, doğru və yanlışları anlamalarına yardımçı olsalar,  uşaqların böyük qismində bu öz bəhrəsini verəcək. Artıq gənc olduqdan sonra böyüklərindən qazandıqları  müsbət keyfiyyətlər, onların dünyagörüşlərinin müsbət yöndə artmasında dayaq olur!


Gənclik-bu çətin, qayğılı və həssas dönəm onu tələb edir ki, hərtərəfli öz üzərində çalışılmalıdır! Bir şəxsiyyət kimi formalaşmaq üçün gözəl əməllər sahibi, namuslu və zəngin mənəviyyatlı insan olmaq lazımdır. Digər tərəfdən gənclər təhsil, bilik və bacarıqlarını inkişaf etdirməlidirlər. Bütün bunlar üçün cəsarət, zəhmət, inam və ümid əsasdır!  Hər hansı bir uğursuzluqla qarşılaşanda, əzmkarlıqla yenə mübarizə aparılmalıdır. Hədəfinə çatana qədər!  "Niyyətin hara, mənzilin ora" .


Həm tələbəlik illərində və bundan sonrakı illərdə gənclər daim irəliyə getmək üçün çalışmalıdırlar. Savadlı kadr olmaqla bərabər, insan kimi yetişməlidirlər.  Əsl insan kimi! 


Bu elə geniş və önəmli mövzulardandır ki, yazmaqla qurtarmır...

Dostlar! örnək gənclərdən olun. Beləliklə də yaşlandığınız zaman geridə buraxdığınız illəri fikirləşəndə qürur hissi keçirə biləsiniz.

Valideynləriniz, doğmalarınız sizə güvənir. Bu güvəni qoruyub, böyüdün! 

Səhvsiz insan yoxdur, gənclik illərini mükəmməl yaşamaq mümkün deyil. Fəqət əsas məsələ o səhvləri dərk edib, təkrarlamamaqdır və həmişə irəliyə, təmiz sabahlara köklənməkdir. Gənclik illərimizi təmiz yaşayaq!