Vətəndaş jurnalistikası

Esed Abasli 03/08/2022

CBC Sportun aparıcısı Fərid Axundov Ağcabədi gəncləri ilə görüşü baş tutub. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyindən "XəbərBüro"a verilən məlumata görə gənc könüllülər üçün “Vətəndaş Jurnalistikası” adlı növbəti təlim baş tutub. Təlim CBC Sportun aparıcısı və təlimçi Fərid Axundov tərəfindən onlayn zoom platforması üzərindən həyata keçirilib. 

Təlim iştirakçılarına Vətəndaş jurnalistikası nədir? Vətəndaş jurnalistikasının risklərindən necə qorunmaq olar? Vətəndaş jurnalistikası ənənəvi mediayaya tələbi artırırmı? Azərbaycan cəmiyyətində vətəndaş jurnalistikasının təsirləri və s. bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.