“Tariximizdə gəncin yolu” adlı intellektual krossvord yarışı keçirilib

Mil-Muğan regional gəncləri üçün “Tariximizdə gəncin yolu” adlı intellektual krossvord yarışı keçirilib.
Xeber Buro xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondununmaliyyə dəstəyi ilə "İdeyanı Reallaşdır 2023" fərdi qrant layihəsinin qalibi Nicat Əhmədzadənin "Tariximizdə gəncin yolu" adlı krossvord yarışı təşkil edilib.
Yarışda məktəbli gənclər iştirak edib.
Öncə Mil-Muğan regionalı üzrə Beyləqan, İmişli, Saatlı və Sabirabad gəncləri seçim turlarında iştirak edib, daha sonra final mərhələsində birincilik uğrunda yarışıblar.
Gərgin, bir o qədər də maraqlı və həyəcanlı keçən yarışın sonunda İmişlini təmsil edən “Parabellum” komandası birinci, Sabirabadı və Beyləqanı təmsil edən komandalar müvafiq olaraq iki və üçüncü yeri bölüşüblər.
Qeyd edək ki, qrant layihənin qalibi Nicat Əhmədzadə Saatlı rayonu gəncidir. Qalibi olduğu layihə ilə məktəbli gənclərin ilk dəfə olaraq krossvord yarışında iştirak etməsini təmin edib.