Müstəqillik Gününə həsr olunmuş "QUİZ"

Esed Abasli 29/05/2023

Naftalan şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş "QUİZ" formatında intellektual yarış təşkil olunub.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Əfqan Baxşəliyev çıxış edərək

 28 May - Müstəqillik Günü münasibətilə gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. 

Məktəblər arasında təşkil olunmuş yarış gənclərin məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və əyləncəli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə həyata keçirilib.

Sonda qalib komanda diplom və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, yarış Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan Nümayəndəliyinin və Naftalan Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.