Valeh Arifoğlu Tovuz Gəncləri ilə görüşüb

Mükafat İsazadə 16/08/2022

Valeh Arifoğlu Tovuz Gəncləri ilə görüşüb.


"XəbərBuro" xəbər verir ki, tədbir Tovuz Heydər Əliyev Mərkəzində baş tutub. Azərbaycanın tanınmış fotoqrafı Valeh Arifoğlu Tovuz gəncləri ilə görüşüb. Görüş zamanı gənclərə fotoqrafiyanın tarixi, düzgün kadrların çəkilməsi, xarici və yerli fotoqrafiya, həmçinin ilkin vərdişlərin formalaşmasından danışılıb.


Gənclər Valeh bəyə müxtəlif suallar ünvanlayıblar və praktiki tapşırıqlar icra ediblər. Tanınmış fotoqraf gənclərin bu sahəyə olan marağını yüksək qiymətləndirib.


Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.