"Gələcəyin Fərqində" layihəsi davam edir

Esed Abasli 31/03/2023

"Gələcəyin Fərqində" layihəsi davam edir.

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi "İdeanı Reallaşdır 2022" gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi "Gələcəyin Fərqində" layihəsi Tovuz, Gəncə, Şəki, Sumqayıt, Bakı şəhərində həyata keçdi.

Layihənin açılış mərasimində rayonlar üzrə YAP nümayəndələri, Gənclər Ev’lərinim rəhbərləri, təşkilatçılar, komanda və təlimçi iştirak edib. 

Layihə rəhbəri Defektoloq/Loqoped və Təlimçi Nərmin Daşdəmirbəyli tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib və "Valideyn övlad münasibəti" mövzuda gənclər üçün təlim keçirilib. 

Layihənin məqsədi gənclərin maariflənməsi, gənc valideynlərin doğru tərbiyə metodları ilə tanış olması, bu metodları övladlarına tətbiq etməsi və övladlarının sağlam gələcək qurmasına dəstək göstərməsidir. 

Layihə 2 ay ərzində uğurla tamamlandı.

"Gələcəyin Fərqində" layihəsi davam edir "Gələcəyin Fərqində" layihəsi davam edir "Gələcəyin Fərqində" layihəsi davam edir "Gələcəyin Fərqində" layihəsi davam edir