"Zəfərin izi ilə" adlı tədbir keçirilib

Esed Abasli 19/11/2022

Bakı Dövlət Universitetində "Zəfərin izi ilə" adlı tədbir keçirilib. XəbərBüro  bildirir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Prezidentin Şuşa müraciəti təqdim edilib və Vətən müharibəsində canından keçən şəhid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri Jurnalistika fakültəsinin  1-ci kurs tələbəsi Cəbrayılzadə Nurlan və 2-ci kurs tələbəsi Hamar Quluzadə açıq elan edib. Onlar tədbir iştirakçıları və qonaqları salamlayaraq Zəfər günü münasibətilə hər kəsi təbrik edib. Bildirilir ki, çıxışlar ümumiləşdirilmiş şəkildə hazırlanmış, Azərbaycanın tarix boyu keşməkeşli yolundan bəhs edilmişdir. Tələbələr Dirçəliş, bayraq, Konstitusiya günləri haqqında özəl videolar hazırlayaraq, tamaşaçılara təqdim ediblər. Qeyd edək ki, tədbirdə 44 gün ərzində medianın operativ, dəqiq və düşmən dezinformasiyalarına qarşı necə mübarizə aparıldığından da danışılıb. Yekun üçün söz Bakı Dövlət Universitetinin tarix müəlliməsi və təşkilatçı Xumar Səfərovaya və jurnalistika fakültəsinin dekan müavini, milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğluna verilib. Daha sonra tədbir "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mahnısı ilə sonlandırılıb.
"Zəfərin izi ilə" adlı tədbir keçirilib "Zəfərin izi ilə" adlı tədbir keçirilib