Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib

Esed Abasli 03/05/2023

Azərbaycan Turizm və Menecment Universitetində Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib. 

Təlim “Gənclər davamlı inkişaf üçün” layihəsinin iştirakçısı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyevin təqdimatında baş tutub. 

Təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında ümumi məlumat verilib, DİM - 4 Keyfiyyətli təhsil haqqında danışılıb və müzakirə təşkil olunub. 

Daha sonra təlim qrup işləri ilə davam edib. 

Qeyd edək ki, təlim Azərbaycan Turizm və Menecment Universitetində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib