Gənc könüllülər üçün “Motivasiya” adlı təlim keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin “Moci-Qafqaz” platforması və “Resource Hub”ın birgə təşkilatçılığı ilə gənc könüllülər üçün Ağcabədi Heydər Əliyev Mərkəzində Şəxsi inkişaf layihəsi çərçivəsində “Motivasiya" adlı təlimi həyata keçirib.
Bu barədə “XəbərBuro” ya Gənclərin İnkişaf və Karyera Mərkəzindən məlumat verilib.
Təlim çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, Beynəlxalq təlimçi, fasilitator Ləman Zeynalova tərəfindən həyata keçirilib. Təlimçi gənclər ilə Aşağıdakı mövzuları bölüşüb:
Motivasiya nədi?
Motivasiya necə yaradılır;
Motivasiyanın hansı növləri var?
Özünü qiymətləndirmə;
Özünə əminlik;
Özünü ifadə.
Təlimçi gənclər üçün maraqlı oyunlar, eyni zamanda gənclər ilə müxtəlif komanda işi təşkil etmişdir. Təlimin sonunda gənclərin sualları cavablandırılıb, xatirə fotosu çəkilmişdir.