Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC”

Esed Abasli 28/05/2023

UNEC-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, “Karyera planlaşdırılması və inkişafı” kafedrasının tərəfdaşlığı, “IB Club” İnkişaf və Karyera mərkəzinin təşkilatçılığı ilə, 200 nəfərdən çox UNEC tələbəsi ilə birgə “İnkişaf Marafonu:UNEC” layihəsi keçirilmişdir.

Layihənin əsas məqsədi gəncləri 21-ci əsrin tələbləri, sahələri ilə daha da yaxından tanış edərək, onları müxtəlif sahələr barədə məlumatlandıraraq maarifləndirməkdir. Layihə zamanı emosional zəka, sahibkarlıq, biznes, innovasiya, təşəbbüskarlıq kimi mövzulara toxunularaq və gənclərin gələcək karyeralarında daha da uğurlu olması, öz potensiallarını kəşf etmələrinə şərait yaratmaqdır. Bu barədə layihənin moderatoru Ümüd Oruc öz açıqlamasında bildirib.

UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri Rəşad Məhərrəmov çıxış edərək Azərbaycan Dövlət İqtisad Universitetinin gələcək perspektivlərindən, gənclərin inkişaf yönümlü layihələrdə aktiv iştirakının prioritet məsələ olmasından “IB Club” İnkişaf və Karyera Mərkəzi ilə əməkdaşlığın bu mənalarda uğurlu olmağından söz açıb. “IB Club” İnkişaf və Karyera Mərkəzinin Müşahidə Şurasının sədri Elmar Quliyev çıxışında gənclərə inkişaf marafonunun strategiyasından bəhs edib, onlara uğurlu karyera yolunda strategiya, planlama məsələləri barədə tövsiyyələr verib və gənclərə İnkişaf və Karyera Mərkəzi haqqında məlumat verib. 

Ümüd Oruc həmçinin bildirib ki, tədbirdə spiker qismində Mahir Məmmədli “Bir gənclə xaricə, 0-dan 100%-ə addımbaaddım”, Orxan Şahbaz və Emil Allahverdiyev “Rasional düşüncə və emosional intellekt: Əleyhinə olduğumuz baxış və düşüncələr”, Türkan Fərzəliyeva və Həvva Səfərova “Gənc sahibkar ruhu və sahibkarlığın səhnə arxası” mövzularında çıxışlar etmişdir. Tədbir zamanı sürpriz qonaq kimi Orxan Zeynallı (AiD) öz təcrübəsini tələbələr ilə bölüşmüşdür. Layihənin sonunda “IB Club” İnkişaf və Karyera Mərkəzinin direktoru Ümid Nəsirov çıxış edərək gənclərə uğurlar arzu edib və marafonun gedişatında aktivlik göstərən gənclərə Mərkəz tərəfindən hədiyyələr veriləcəyini qeyd edib.



Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC” Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “İnkişaf Marafonu: UNEC”