Ağcabədi gəncləri Şahmat turnirində

Esed Abasli 13/08/2022

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi Şahmat məkətbində həyata keçirilən Şahmat turniri ümumilikdə 6-tur olmaqla həyata keçirilmişdir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi Nümayəndəliyinin direktoru Fuad Əliyev və Şahmat məktəbinin müəllimi Pərviz Nəcəfov  çıxış edərək gəncləri 12 avqust Beynəlxalq gənclər günü münasibəti ilə təbrik etmiş, gənclərə davam edən turnirdə uğurlar arzu etmişdirlər.  

14-29 yaş aralığında iştirak edən Şahmat həvəskarlarının bir araya gəldiyi gərgin mübarizənin sonunda 1-ci yerin qalibi Elcan Kərimli, 2-ci yerin qalibi Xəzər Hüseynov 3-cü yerin qalibi isə Nail Rüstəmzadə olmuşdur. Qalib gənclərə hədiyyələr təqdim edilib, sonda iştirakçılar ilə xatirə fotosu çəkilmişdir.  

Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzu edirik.