"İnkişafa mərkəzdən başla!"

Esed Abasli 28/07/2022

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində təlimlər davam edir.


 Şahin Qarakişiyev tərəfindən  "Komanda işi" mövzusunda təlim keçirilib. Təlim zamanı gənclərə komanda quruculuğu ilə bağlı geniş təqdimat keçirilib. 

Təlim düzgün münasibət qurma, ümumi davranış qaydaları, digərlərinin düşüncə və davranışlarına hörmətlə yanaşma kimi mövzuları əhatə edib.


Daha sonra təlim maraqlı və əyləncəli qrup işləri ilə davam edib.