İntellektinlə yarış!

Esed Abasli 19/10/2022

Mərkəzimizdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş "İntellektinlə yarış!" adlı "Xəmsə" Milli İntellektual Oyunu üzrə Naftalan şəhər çempionatı keçirilib.


Yarış gənclərin məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və əyləncəli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə həyata keçirilib.


Sonda qalib komanda sertifikat və hədiyyələrlə təltif olunub.


Qeyd edək ki, çempionat Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin və Naftalan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Naftalan Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilib.