Azərbaycan şirkətlərinə qarşı kiber cinayət halları artır

Avropa, Amerika və Kanadada yaşayan dövlətimizə qarşı siyasi durma siyasəti aparan, saxta sənədlərlə sığınmaçı olmaq üçün min bir dərdə girən və hətta orda erməni lobisi ilə bir yerdə işləyən bəzi Azərbaycanlılar dövlət yetməzmiş kimi, kiçik biznesləri artıq hədəf göstərməyə başlayıblar.
Bu bizneslərə qarşı trollamaq, onlara qarşı saxta səhifələr açmaq, onları sosyal şəbəkələrdə pisləmək və yalançı məlumat yaymaqla məşğuldurlar.
44 günlük vətən müharibəsində və sonrasında ermənipərəst qüvvələr və ya özünü erməni kimi aparan sözə Azərbaycan vətəndaşları dövlət qurumlarını, böyük şirkətlərini özlərinə hədəf seçmişdilər.
İndi görünür ki, bunu əldə etməyi bacarmayan bu cılız adamlar artıq kiçik biznes sahiblərinə əl atamağa başlayıblar.
Təəssüflər olsun ki, bu cinayətə qoşulan gunahsız insanlar və onların trolları həm Azərbaycan həm də Azərbaycan maliyyə sisteminə zərər verirlər.
Əlbir şəkildə baş verən bu təşəbbüsə qoşulan hər bir vətəndaş Azərbaycan qanunlarına gorə məhkəmə qarşısında bu cinayətlərin cavabını vermək məcburiyyətində qalacaq.
Azərbaydan dövlət qanunlarına hörmət qoymayan hər bir vətəndaş buna görə cavabdeh olmalıdır.
Ölkəmizin prezidenti İlham Əliyevin kiçik bizneslərə verdiyi dəstəyi, hüquq və qanun üstünlüyünü həmişə öz tərəfindən dəfələrlə eşitmişik.
Biz əminik ki, dövlətin hüquqi qurumları Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokrorluq bununla əlaqədar lazımi tədbirləri görəcəkdir.