Bakıda evə basqın edən qadınlar 5 il müddətinə azadlıqdan məhrum edilib

Esed Abasli 21/02/2022

Hadisə 2021-ci ilin mayında Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.


Belə ki.Gəncə şəhər sakini S.Əsədova və paytaxt sakini D.İbrahimova Maştağada yaşayan vətəndaşın bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.


Hadisə zamanı S.Əsədova və D.İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.