Cibində narkotiklə həbsxanaya gələn şəxs saxlanıldı.
Aynur 30/08/2021
1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Telman oğlu Hüseynovla qısamüddətli görüşə gəlmiş qohumu, Şamaxı rayon sakini Rəfael Mahir oğlu Mirzəyevin əşyalarına və üzərinə baxış keçirilib.