
10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs müddəti uzadıldı
18/12/2020

Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib. O bildirib ki, hakim Solmaz Musatafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək, yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










