Dövlət vətəndaş həmrəyliyinə töhfə Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır! Heydər Əliyev

Esed Abasli 29/05/2020

Dövlət vətəndaş həmrəyliyinə töhfə

Xalq dövlət üçün yox,

dövlət xalq üçün olmalıdır!

Heydər Əliyev

Pandemiya artıq 6 aydan çoxdur ki dünyamızda qlobal təhlükə olaraq qalmaqda davam edir. Bir çox iqtisadçı ekspertlər bu pandemiyanın 2008-2009-cu illərdəki iqtisadi böhrandan daha ağır olacağını vurğulayırlar. Dünya bazarlarında transmilli şirkətlərin səhm dəyərlərinin azalması, dövlətlərin Dünya Bankına kredit müraciətlərinin kəskin şəkildə artması iqtisadi böhranın ağırlıq dərəcəsini gözlər önünə qoyur. Dünya iqtisadiyyatının tənəzzülə uğraması bir çox dövlətlərdə pandemiyaya qarşı mübarizədən iqtisadi mübarizəyə doğru dəyişir.  Pandemiyadan öncə dünyanın ən güclü dövləti sayılan Amerika Birləşmiş Ştatları son 50 ilin ən böyük işsizlik sayına çatıb. Hökumət nümayəndələri karantinin yumşaldılmasını təklif etsələr belə, xalqın böyük etirazı ilə qarşılaşırlar. Dünyanın ən böyük iqtisadi birliyi sayılan Avropa İttifaqında səhiyyə sistemi iflic vəziyyətə düşüb. Turizm mərkəzi sayılan İtaliyada artıq xəstəxanalarda yer çatmamağı, vaksinin tapılmaması böyük çətinliklərə, iqtisadi ağırlaşmaya gətirib çıxarıb.  Bunun məntiqi nəticəsi olaraq baş verən hadisələr bir başa xalq ilə dövlətlər arasında ciddi narazılıqlara, inamsızlığa səbəb oldu.

Doğma yurdumuz Azərbaycanda isə yuxarıda sadaladığım halların əksi yaşandı. Pandemiya iqtisadiyyata ağır zərbələr vursa da, iqtisadi paketlər operativ olaraq hazırlandı, qısa zamanda tibbi maska, geyimlər, dezinfeksiyaedici məhlullar hazırlayan zavodlar istifadəyə verildi. Hökumətin göstərişi ilə özəl və dövlət sektorunda insanları işdən çıxarılmaması ilə bağlı göstəriş verildi. Yeni xəstəxanalar və səhra xəstəxanaları istifadəyə verildi. Sahibkarlara dəyən zərərin qarşılanması məqsədilə yardımlar edildi. 600.000-dən çox insana işsizlik pulu ayrıldı. Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqları dövlət tərəfindən qarşılandı ki, bu zümrəyə aid tələbələrin sayı 20.000-dən artıq idi. Xalq dövlətinə bütün qəlbi ilə inanıb birlik göstərdi. Bunun nəticəsidir ki, artıq dünyada pandemiyaya qarşı mübarizədə bir çox dövlətlər “Azərbaycan modelindən” istifadə etmək üçün danışıqlara başladı. Azərbaycan bu siyasi gücə, iqtisadi inkişafa, xalq və dövlət birliyinə necə nail olmuşdu? Məlumdur ki, bir dövləti güclü edən ən əsas prioritet məsələ xalq ilə birlik içində olmasıdır. Bu birliyin də əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti durur. Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev, bu birliyin daha da güclənməsinə nail olmuşdur. Yaxın keçmişə nəzər salsaq, Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına dair müşavirədə açıqladığı statistik göstəricilər xalq-dövlət birliyi ilə Azərbaycanın dünyanın aparıcı dövlətlərini qabaqladığını ortaya qoyur. Həmin müşavirədə “Davos iqtisadi forumu”nun 2019-cu il üzrə dövlətlərin iqtisadi inkişaflarına dair hesabatını təqdim edərkən, Azərbaycanın göstəriciləri həm siyasi, həm iqtisadi, həm də xalq-dövlət birliyinin göstəricisi olmuşdur. Dünyanın 141 ölkəsi arasında Azərbaycan “Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə” 18-ci yer, “Dövlətin uzunmüddətli strategiyası üzrə” 10-cu yer, “İslahatlara meyillilik” də 5-ci yer, “Yol infrastrukturu” üzrə MDB-də 1-ci yer, “Elektrik enerjisinin əlçatma əmsalına”  görə dünyada 1-ci yer, “Biznesə başlama keyfiyyətinə görə” 8-ci yerə nail olmuşdur. Bu nəticələr Azərbaycan xalqı ilə dövlətinin birgə mübarizəsinin bəhrəsidir. 1990-cı illərin qanlı qarşıdurmalarından sonra Dahi Şəxsiyyətin xalqın müraciəti ilə hakimiyyətə gəlməsi, xalqın dövlətini qoruması və xainləri hakimiyyətdən uzaqlaşdırması qara buludların çox keçmədən Azərbaycan üzərindən dağılmasına səbəb oldu. 

Yeni dövrün tələbə müasirliyi, yeni texnologiyaların təsərrüfatda tətbiqini və müasir dünyagörüşlü kadrların işə cəlb edilməsini gərəkdirir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev son iki ildə bir sıra dövlət strukturlarında kadr dəyişiklikləri edərək gənc kadrları işə cəlb edib. Bu eyni zamanda xalqın ən aktiv və işgücü yüksək təbəqəsi olan gənclərin motivasiyası üçün uğurlu addım olmuşdur. Müasir dövrün sürətlə inkişaf edən dövlətlərin içərisində sənaye, kənd təsərrüfatı, neft və qeyri-neft sektoru, turizm, azad iqtisadiyyatın inkişafı üzrə dünya liderləri ilə Azərbaycanın adı yanaşı çəkilir. Bütün bu siyasətin mərkəzində ən birinci Azərbaycan xalqının rifahı durur. Bunun ən bariz nümunəsi kimi Prezident İlham Əliyevin 2020-ci ilin I-ci rübünün yekunlarına dair onlayn iclası zamanı heç bir sosial layihənin təxirə salınmaması barədə göstərişi oldu. Vergi sistemində edilən dəyişikliklər, gənc və xalqını sevən kadrların vəzifəyə gətirilməsi, icra strukturlarında dəyişikliklər, hər biri dövlət və xalq arasında günü-gündən güclənən  birliyə öz töhvəsini vermişdir.  Müxalifətlə dialoqun başlanılması, yeni parlamentin seçilməsi, Prezident Administrasyasında kadr islahatları Azərbaycanın yeni dövrün tələblərinə uyğun formalaşdığını bir daha göstərir.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının aktiv üzvü olaraq Prezidentin və dövlətimizin siyasətini dəstəkləyir, Yasamal rayonu gəncləri adından gənclərə inanıb və etimad göstərdiyi üçün Cənab Prezidentə minnətdarlığımı bildirirəm. Biz Sizinləyik!


Hörmətlə: Yeni Azərbaycan Partiyasının üzvü, Bakı Dövlət Universitetinin II kurs magistrantı Taleh Mansurov