
Hulusi Akar ukraynalı həmkarı ilə danışdı
06/03/2022

Türkiyənin müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksey Reznikov ilə danışıb.
Söhbət zamanı atəşkəsin və sabitliyin tezliklə təmin olunması, humanitar yardımın göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Akar tərəfindən təhlükəsiz evakuasiyanın təmin edilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması üçün müəyyən müddətə də olsa, atəşkəs rejiminə təcili ehtiyac olduğu vurğulanıb.
O, əvvəllər olduğu kimi Ukraynaya humanitar yardımın çatdırılması, sülh və əmin-amanlığın bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.
Mənbə: “Haber Global”
Related Articles




2022-07-30 17:00:10
Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



2022-05-29 16:29:36
“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







2022-03-07 14:49:20
Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




2022-02-25 23:32:11
Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

2022-02-25 22:47:27
Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

2022-02-24 10:39:06
Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
