
“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti
29/05/2022

“Səfərim zamanı cənab Əliyevlə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Heyətimdəki nazir dostlarım da həmkarları ilə önümüzdəki dönəmə dair əməkdaşlığımızı gücləndirəcək məhsuldar görüşlər keçirdilər.
Qarabağın nəqliyyat bağlantılarının qurulması, şəhərləşməsi və istehsal dünyası ilə yenidən bütövləşməsi yolunda dəstəklərimiz davam edəcək.
O,əlavə edib ki,Əkin ərazilərinin bərpası üçün əlaqədar qurumlarımız, şirkətlərimizlə birgə azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər.
Beləcə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata yurdlarına bir an öncə qovuşmalarına töhfə verəcəyik”, - Ərdoğan qeyd edib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
