
Erməni separatçılarının Xankəndidə planlaşdırdığı mitinqin yeni detalları məlum olub
25/12/2022
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçıların bu gün saat 14:00-a planlaşdırdıqları mitinqin yeni detalları məlum olub.
Maksimum kütləvilik yaratmaq üçün bütün "inzibati təşkilatlar"a tapşırıq verilib.
Belə ki, "inzibati strukturlar"da çalışanlara mitinqdə iştirakın məcburi olduğu, müəllimlər və həkimlərə iştirak etməyəcəyi təqdirdə, işdən qovulma ilə bağlı xəbərdarlıq edilib. Ali məktəb tələbələri aksiyaya qatılmayacaqları halda ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar.
Həmçinin ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avtobuslar ayrılıb. Bununla yanaşı, mitinqə könüllü gəlmək istəyənlərə pulsuz yanacaq verilir. Mitinqə gələn hər bir kəsə 30-40 dollar təklif olunur.
Hadisə yerindən çəkiliş etmək üçün pulsiz internet paketlərinin paylanılacağı bildirilir. Əhali ilə aparılan danışıqların bir çoxunda sadə vətəndaşlar ailəlikcə mitinqdə iştiraka təhrik olunur.
Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
