
“Azərbaycanda qürurverici bir gün yaşadıq” - Ərdoğan
29/05/2022

“Əziz qardaşım Prezident İlham Əliyevin dəvəti ilə getdiyimiz səfəri xeyirlisi ilə başa vurduq. Can Azərbaycanda, həqiqətən, qürurverici bir gün yaşadıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanlı gənclərimizin həyəcanı, coşqusu, orada gördüyümüz mənzərə bizi çox xoşbəxt etdi. “Tək millət, iki dövlət şüarı ilə Bakıda yeni bir “Tək festival” ənənəsi başlatmağın həyəcanını yaşadıq.
Bunun digər türk dövlətlərindən də eyni şəkildə bir çağırış alacağını görürəm. Beləcə, Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir tədbir ilə taclandırmış olduq.
Türkiyə xaricində ilk dəfə can Azərbaycanda təşkil edilən “TEKNOFEST”in təqdim etdiyi texnologiya şənliyinin bütün iştirakçılarının könüllərini fəth etdiyini gördük. Xüsusən gələcəyimizin təminatı olan gənclərimizin festivala böyük marağından məmnunluq duyduq”, - Prezident bildirib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
