DNT əsasında fayl mübadiləsi sisteminin ilk prototipi yaradılıb

Bir çox digər mövzularda olduğu kimi məlumatların saxlanması məsələsində də təbiət müasir texnologiyaları çox geridə qoyub. Məsələn, 1 qram DNT özündə 215 milyon GB məlumat saxlaya bilir. "XəbərBuro" "Technote"ə istinadən bildirir ki, DORIS adlı yeni texnologiya sayəsində DNT-də süni şəkildə yaradılmış məlumatların saxlanması sistemləri məlumatları otaq temperaturu şəraitində oxuya və yaza bilirlər. Sözügedən proses zamanı ilk dəfə olaraq nukletoid zəncirləri zədələnmirlər. Bu barədə Hightech.plus saytı xəbər verib. Bədənimizin hər bir hüceyrəsi inanılmaz sayda məlumat ilə zəngindir. Həmin məlumatlar isə DNT-də şifrələniblər.
Böyük həcm ilə yanaşı DNT həmçinin məlumatların uzunmüddətli saxlanması ilə də üstünlük təşkil edir. Ən etibarlı sərt və Blu-Ray disklər bir neçə 10 ildən sonra yararsız hala düşürlər. DNT-də olan hansısa məlumat isə milyonlarla ildən sonra da oxunula bilər. Təəssüflər olsun ki, günümüzdə DNT-də məlumatların saxlanması texnologiyasının praktik dəyəri çox aşağıdır. Bunun əsas səbəbi isə bu cür sistemə məlumatların yazılmasının və oxunulmasının qəliz bir proses vasitəsilə həyata keçirilməsindədir.
ABŞ-ın Şimali Karolina Universitetinin mütəxəssislərinin tədqiqatları bu sahədə inkişafın olacağına ümid verir. Hal hazırda mövcud olan DNT-də saxlama sistemlərinin çoxunun əsasında polimeraz zəncir reaksiyası (PCR) dayanır. Bu reaksiya yaddaşa yazılmış məlumatların əldə olunmasına imkan verir. Məlumat DNT zəncirlərində şifrələnir və həmin zəncirlər genetik sistemdə müstəqil şəkildə mövcudluğunu davam etdirirlər. Müəyyən DNT fraqmentlərinin qoşulması, fayllara adların verilməsini mümkün edir. Bu üsul ilə faylların axtarılması prosesi sadələşir.
Məsələ burasındadır ki, bu prosesi reallaşdırmaq üçün ilk növbədə DNT zəncirlərinin olduqları genetik sistemi qızdırmaq və daha sonra həmin sistemi soyutmaq lazımdır.