
Bu abunəçilər bir həftə internetsiz qalacaq - RƏSMİ XƏBƏRDARLIQ
12/02/2022

Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.
Bu Barədə "Bakı Telefon Rabitəsi" MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir. Məlumata görə, fasilə əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.
Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.
Related Articles



2022-05-02 00:04:39
Coinbase yeni kriptovalyuta startapı Coinbase Intelligence-ı elan edib










2020-08-19 03:26:58
Bakıda avtomobillərin texniki baxışı üçün yeni mərkəz fəaliyyətə başladı

2020-08-13 13:51:58
SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb









