
İctimai nəqliyyat iki gün işləməyəcək
22/08/2020

Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.
“XəbərBuro” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.
Bu müddət ərzində xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
Bundan əlavə, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb
Related Articles



2022-05-02 00:04:39
Coinbase yeni kriptovalyuta startapı Coinbase Intelligence-ı elan edib










2020-08-19 03:26:58
Bakıda avtomobillərin texniki baxışı üçün yeni mərkəz fəaliyyətə başladı

2020-08-13 13:51:58
SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb









