“Mobil notariat” tətbiqinin istifadəçilərinə XƏBƏRDARLIQ

Esed Abasli 29/05/2022

Notariat Palatası “Mobil notariat” tətbiqinin istifadəçilərinə xəbərdarlıq edib.

XəbərBüro “Report”a istinadən bildirir ki,  xəbərdarlıqda deyilir: ölkə üzrə ödəniş sistemlərində çətinliklər yaranıb:

“Hörmətlə istifadəçilər, ölkə üzrə ödəniş sistemlərində yaranmış çətinliklərlə bağlı hazırda "Mobil notariat" tətbiqində müraciətlərin göndərilməsi üçün ödənişlərin edilməsi mümkün deyil. Narahatlığa görə üzr istəyirik”, - müraciətdə bildirilib.

Xatırladaq ki, Notariat Palatası 2018-ci ildə yaradılıb, notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirən Palata fəaliyyətini Konstitusiyaya, Mülki Məcəlləyə, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlara, eləcə də Nizamnaməsinə əsasən həyata keçirir.