Səssiz səhvələr

Arzu Məmmədli 12/06/2020

İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub. Eramızdan əvvəl IV-III minilliklərdə qədim misirlilər papirus adlı yazı materiallarından isifadə etmiş, sonra Kiçik Asiyanın Perqama şəhərində gələn perqament onu əvəz etmişdir. Eramızdan əvvəl I-II əsrlərdə Çində kağızın meydana gəlməsi uzun müddət gizli saxlanılmış, yalnız 751-ci ildə Bağdad xəlifəsinin Səmərqənd nümayəndəsi Çin sərhəddindən əsir tutduğu iki kağız mütəxəssisinin köməyindən sonra Səmərqənddə kağız istehsalına başlanılır. Məhz bu fakta görə kağızın vətəni Şərq sayılır. Kağızın meydana gəlməsi əlyazma kitabların yaranmasına və geniş yayılmasına böyük təsir göstərdi.Kitablar haqqın da bir çox maraqlı məlumatlar var; Dünyanın ən böyük tirajlı kitabı “Bibliya” sayılır. Bibliyanın bu günə kimi 6 milyard nüsxəsi çap olunub.Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirən bu kitab Bill Qeytsə məxsusdur.Ən böyük lüğət kitabı sayılan “Alman lüğəti”nin hazırlanması 1854-cü ildən başlanıb, 1971-ci ildə tamamlanıb. Kitab 33 cilddən, 33519 səhifədən ibarətdir.Ən böyük ensiklopediya kitabı isə “Universal Avro-Amerika ensiklopediyası”dır. 104 cilddən ibarət 105 min səhifəsi olan ensiklopediyada 165 milyon sözün izahı yerləşdirilib.Qeyri-adi kitablardan biri Braziliyada saxlanılır. Rio de Janeiro şəhərinin 400 illik yubileyi münasibətilə buraxılan 200 səhifəlik xatirə kitabı paslanmayan poladdan hazırlanıb.Haqqında ən çox kitab yazılan qəhrəmanlardan biri Napoleondur. Bu günə qədər görkəmli sərkərdə haqqında 10 mindən artıq müxtəlif kitablar yazılıb. Napoleon isə sürətli oxu tərzi ilə kitablara böyük maraq göstərib və o bir dəqiqə ərzində iki min söz oxuyurmuş.Ən uzun adı olan kitab 1633-cü ildə Londonda nəşr olunub. Kitabın adı 45 sətirdən ibarət olub.

Kitab oğruları bibliokleptoman adlanır. Stiven Blumberq ən məşhur bibliokleptaman sayılır. O, 268 kitabxanadan 23 min kitab oğurlayıb. Stivenin şəxsi kitabxanasının dəyəri 20 milyondan artıq qiymətləndirilir.Kitab oxumağa alışmaq, oxumağı daha yaxşı öyrənmək üçün ən yaxşı yaş dövrü 4-6 yaşdır.Kitab oxuyanların 90 faizdən çoxu bir dəqiqəyə 210 söz oxuyur.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər