XəbərBuro

Klarnetin ruhunu danışdıran sənətkarı siz də tanıyın

Esed Abasli 29/05/2025

Bəzən səhnədə parlaq adlar yox, dərin səslər yadda qalır.

Elə bu səslərdən biri də Taleh Əhmədov, musiqi ictimaiyyətində tanınan adıyla Taleh Binəqədilidir

Uşaqlıqdan musiqiyə könül verən Taleh ilk təhsilini Bakı şəhəri 11 saylı uşaq musiqi məktəbində alıb – balaban ixtisası üzrə.

Hələ yeniyetmə yaşlarında, 1999-cu ildə respublika müsabiqəsinin laureatı olaraq diqqətləri üzərinə çəkib.

Amma o, bununla kifayətlənməyib. 2005–2009-cu illərdə Azərbaycan Milli Konservatoriyasında təhsil alaraq musiqiyə olan yanaşmasını daha da dərinləşdirib. Bu gün isə klarnet ifaçılığı sahəsində tanınan simalardan biridir. Səhnələrdə onu sadəcə Taleh yox, “Taleh Binəqədili” kimi çağırırlar – çünki səsi artıq öz adından irəlidədir.

Taleh bir çox musiqi qruplarında, o cümlədən “Ayan” və “Hobbi-3” kollektivlərində çıxış edib. Konsertlər, dövlət tədbirləri, bayram mərasimləri – onun klarnetindən çıxan səs harda eşidilibsə, orada ruhun toxunduğu anlar yaşanıb.

Onun sənətinə olan yanaşması dövlət tərəfindən də diqqətdən kənarda qalmayıb. Taleh Əhmədov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunub – xüsusilə Heydər Əliyevin 100 illiyi, Müstəqillik Günü və Novruz bayramı münasibətilə keçirilən tədbirlərdəki fəallığına görə.

Taleh Binəqədili efir üçün deyil, səhnə və dinləyici üçün çalışır.

Onun ifasında xalqın kökü, qüruru və emosiyası duyulur. Musiqi onun üçün peşə deyil – ruh halıdır, nəfəsdir, yaşamdır.

Digər Məqalələr