Film

Arzu Məmmədli 03/09/2020

Film — sənətin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Belə şəkillər normal halda proyektor vasitəsilə divara və ya ekrana salınmaqla göstərilir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər nümayiş olunur. Film həm də kinematoqrafiya elminin əsas predmeti sayılır. Bu optik mediumun XIX əsrdən başlayaraq bu günə qədər texniki, mədəni və sənəti inkişafı ilə film sənətin tarixçiləri məşğul olur. Film sənətinin yaranması XX əsrdə göstərilən "sehrli lampa" (lat. Laterna magica) ilə başlayır. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını (diaprojektora oxşar olaraq) divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi.1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu.Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir. Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi.İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürretopiya" qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir.Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırılmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri "tez oxuyan elektrik qurğu" ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır.Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi.Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Villiyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kinetoskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kinetoskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi.

Danışan film

Səsli filmlərin tarixi 1927-ci ildə ABŞ-da "Caz müğənnisi" filmi ilə başlayır. Bu vaxtdan başlayaraq Amerika film istehsalçıları tezliklə səsli filmlərə keçirlər və bütün dünya üzrə bunun geniş yayılmasında aparıcı rol oynayırlar. İlk səsli filmlərin çəkilməsi müəyyən texniki problemlərlə bağlı idi. Dəqiq sinxronizasiya etmək çətinlik yaradırdı. Ona görə də, səsli filmlərin çəkilişi əsasən 1930-cu ildən başlayaraq vüsət alır. Bu sahədə Western Electric und Küchenmeister-Tobis-Klangfilm-Gruppe şirkətləri tanınmış idilər.1930-cu ildən başlayaraq Paris, London və Hollivud film sahəsində əsas mərkəzlərə çevrilirlər. Həmin ərəfədə Almaniyada nasional sosialistlərin hakimiyyətə gəlməsi ilə bu sahədə çalışan iki minə yaxın yəhudi əsilli mütəxəssis mühacirət edir və bununla Almaniyada bu sahə başqalarına nisbətən geri qalır.1939-cu illər klassik Hollivud kinosu ərəfəsi sayılır. Burada çəkilən filmlərin mövzusu bəxt və ümid haqqında fantaziyalı təsəvvürlər idi. Filmlərin sonu isə həmişə yaxşılıqla qurtarırdı. Amerikada hökm sürən iqtisadi böhran zamanı belə filmlər rəğbətlə qarşılanırdı. 1940-cı ildən başlayaraq isə artıq filmlərdə realiq yer almağa başlayır. Amerika studiyaları film sənayesində özlərini möhkəmlədirlər.ABŞ-ın İkinci dünya müharibəsində iştirakından sonra Amerika filmi propaqanda alətinə çevrilir. Bir çox film yaradıcıları, o cümlədən Çarli Çaplin və Volt Disneydə anti faşist propaqandası ilə məşğul olurlar.İkinci dünya müharbəsindən sonra Amerikada film sənayesi öz inkişafı ilə irəliləyirdisə, Avropada bunu yenidən başlamaq lazım gəlirdi. Avropa filmi İtaliyadan başlayır. Ancaq bu filmlər kasıb malliyə imkanına görə qısa və çox zaman xüsusu effektsiz istehsal edilirdi və kənar adamların əsas rollarda iştirakı ilə çəkilirdi. Buna görə də, bu filmlərdə adi insanların həyatı təsvir edilirdi və bununla güclü sosial potensiala malik idi. Rejissor Roberto Rossellininin çəkdiyi bu növ filmlərə neorealizm deyilirdi.Film sənətində növbətii inkişaf mərhələsi kinoteatra rəqabət yaradan televizorun yaranması ilə əlaqədardır. Ona görə də, tamaşaçıları cəlb etmək üçün kino daha da inkişaf etdirilməli idi. Kinonu maraqlı etmək üçün bir çox texniki yeniliklər baş verir. Buna geniş format, stereo və rəngli filmləri misal göstərmək olar. Sonralar isə 3D filmləri yaradılır.

1960-70-cı illərdə filmin inkişafı

Bu ərəfədə Hollivudun "qızıl dövrü" başa çatır. Məşhur Hollivud aktyorları artıq qocalmış və ya çoxları vəfat etmişdilər. Film studiyaları Jak Verner kimi yaşlı şəxslər tərəfindən idarə edilirdilər. Çəkilən filmlər çox vaxt reallıqdan uzaq mövzuları əhatə edirdi. Bununla azalan tamaşaçı kütləsini geri qazanmaq üçün az keyfiyyətli monumental və musiqili filmlərin çəkilməsinə studiyalar küllü miqdarda maliyyə vəsaiti qoyurlar.Bu vaxt Avropada film sənətində yeni kreativ cərəyanlar yaranmağa başlayır. Rejissorlar ketdikcə daha böyük əhəmiyyət kəsb edir və ssenarist kimi də ad qazanırlar. Belə bir təmayül isə Hollivud film sənayesində o qədər də hiss olunmurdu.1950-ci illərin sonunda fransız Nuvel Vako (Nouvelle Vague) müəllif filmi olan "Sonuncu nəfəsdə" filmini çəkir. O dövrdə İngiltərədə movcud olan "azad kino" buna paralel kimi göstərilə bilər. İngilis filmləri adətən fəhlə təbəqəsindən bəhs edir və sosial problemləri diqqət mərkəzinə gətirirdi. Yazıçı Alan Sillitoenin əsərləri maraqla filmə çəkilirdi.

Latın Amerikasında da film sənayesi inkişaf etməkdə idi. Buradakı filmlərin əsas mövzusu əhalinin siyasi və iqtisadi təzyiqlərə qarşı apardığı mübarizəni əhatə edirdi. Belə adlanan "Sinema Novo" təkcə latın amerikasında deyil, başqa dövlətlrədə də bu mövzuda filmlərin çəkilməsinə təkan vermişdir. Məsələn bir çox şərqi Avropa dövlətlərində diktator rejimlərini tənqid edən filmlər meydana gəlir.

ABŞ filmləri sonralar yendiən öz fəaliyyətini gücləndirir. Hollivudda yeni mərhələ başlayır. Bu Artur Bonni, Klide və Nik Nikolson (1967) kimi şəxslərin filmdəki rolları ilə başlayır. Amerika filmləri getdikcə siyasi, ictimai və getdikcə daha çox seks və ictimai qəddralıq mövzuları ilə məşğul olmağa başlayır.

Hind filmləri

Hindistanda filmin tarixi 1896-cı ildə Lumyer qardaşlarının Vatson mehmanxansında öz kinematoqraflarının nümayişi ilə başlayır. Qısa müddət sonra, 1901-ci ildə ilk hind sənədli filmi çəkilir. Sənədli filmlərlə bərabər teatr filmləri də çəkilir. Bu qısa filmlər teatrlarda fasilə zamanı atraksiyon xarakterli nümayiş edilir. 1907-ci ildə Jamşedi Framji Madan Kalkuttada ilk kinostudiya olan Madan Teatre Company-ni yaradır. Səssiz filmlər dövründə bu müəssisə əsas film istehsalçısına çevrilir.

Ənənəvi hind teatrı səhnə, rəqs və mahnı qarışığından ibarət idi. Bu ənənə sonralar filmlərdə də özünə yer alır. Avropada olduğu kimi burada da film istehsalı texnikanın inkişafı ilə ayaqlaşmağa çalışır və illər keçdikcə çoxlu sayda müxtəlif mövzularda filmlər çəkilir.

Hind filmi istehsalı əsasən Mumbay (keçmiş Bombey) şəhərində cəmləşmişdir. Ona görə də, buraya çox vaxt "Hollivuda" oxşar olaraq həm də "Bollivud" deyilir. Hind filmləri yerli adət ənənələr sıx bağlı olduğundan, dünyada o qədər də şöhrət qazana bilməmişdir. Ancaq hind filmləri keçmiş SSRİ məkanında populyar idi. Bu da müəyyən qədər siyasi durumla bağlı idi. Hind filminin əsas süjetləri gündəlik problemlər, məhəbbət, suç, qisas və bu kimi mövzulara toxunur. Hər bir hind filmini praktiki olaraq musiqili film janrına aid etmək olar. Son zamanlar Hindistanda da Avropa və Amerika filmlərinə oxşar olan filmlər çəkilməyə başlamışdır. Hindistanda Bollivuddan başqa sərbəst fəaliyyət göstərən başqa studiyalar da mövcuddur. Son zamanlar Avropada ardıcıl olaraq hind filmləri kinolarda nümayiş etdirlir və hind film qəhrəmanlarının iştirakı ilə böyük konsert-şou proqramları həyata keçirilir. Hal-hazırda Hindistan ölkə kimi istehsal olunan filmlərin sayına görə dünyada birinci yerdədir.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər