"Onlayn teatr teatr deyil"

16/09/2020

“Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur”.

"XəbərBuro"  xəbər verir ki, bunu tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli “Mədəniyyət” qəzetinə verdiyi müsahibəsində söyləyib. Dramaturq virus dönəmində onun üçün ən ağır məqamın teatrların qapılarının bağlanması olduğunu deyib:

“Pandemiyanın mənim üçün ən ağrılı məqamı, həqiqətən, teatrların qapanması oldu. Təkcə Bakı teatrlarının repertuarında yeddi əsərim var, ayda ən azı 5-6 tamaşam oynanılırdı. Birdən-birə həyatımda dərin bir boşluq yarandı. Burada bir monoloq deyim, bununla da pandemiya mövzusunu qapadaq:

“Teatrların işıqları sönüb, qapıları bağlanıb, ən pis tamaşa üçün də darıxmışam. Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur. Bəlkə bir daha olmadı, ola bilsin, hansı bir formada nəsə çıxsın, yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin, amma onlayn teatr heç teatr deyil, lentə alınmış zəifdən zəif filmdir, cansız, ruhsuz, dadsız...”