Milli dəyərimiz

Arzu Məmmədli 11/06/2020

Heç bir azərbaycanlı ailəsinin evini, məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Bizim üçün xalça həmişə müqəddəs olmuşdur. İlk vaxtlar xalça evdə sadəcə bir məişət  əşyası kimi istifadə edilmişdir. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilmişdir. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürmüşdür. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır. Azərbaycanın ərazisindəGültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrin izləri aşkara çıxmışdı.Xalça insanları birləşdirirdi, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayırdı. Çoxsaylı və müxtəlif funksiyaları özündə birləşdirən Azərbaycan xalçası bütün praktiki mənaların cəmindən daha artıq əhəmiyyət kəsb edirdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növmüxtəlifliyi deyildi; onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçaları Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir. Bu xalçalarda qırmızı nar dənələrinin və qızılı heyvanın, sarı zəfəranın və kəhrəba üzümün rəngləri ecazkar bir şəkildə qovuşmuşdur. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlıqı ilə fərqlənir.Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları SanktPeterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.Təəssüflər olsun ki, son dövrlərdə Azərbaycan xalçaları dünya muzeylərində bəzən "Qafqaz", "İran" və bəzən də "Ermənistan" xalçaları adı ilə nümayiş etdirilir.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər