“Əl-Bayan” qəzetində Azərbaycan tarixinin və mədəniyyətinin təbliği layihəsi həyata keçiriləcək

Fəxriyyə Qüdrətli 08/06/2020

Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi Şəhrizad Süleyman və Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Bayan” qəzetinin redaktoru, tanınmış jurnalist Marvat Əbdulkərim ərəb dünyasında Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin təbliği üzrə maraqlı layihə həyata keçirəcəklər. 

"Xəbərburo" AZƏRTAC-a istinadən xəbər verir ki, Ş.Süleyman layihə çərçivəsində Qafqazın incisi sayılan, füsunkar təbiətə malik əsrarəngiz gözəlliklər diyarı olan Azərbaycanın qədim tarixi, əsrlərə meydan oxuyan abidələri, türbələri, dini məbədləri, möhtəşəm qalaları, zəngin mədəni irs nümunələri, milli adət-ənənələri, ləziz mətbəxi, habelə dahi şəxsiyyətləri, elm xadimləri haqqında silsilə məqalələr dərc olunacağını bildirib. Ərəb oxucusuna qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayələri də təqdim ediləcək.

“Biz oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edəcək, müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın məhz Azərbaycanda yarandığı diqqətə çatdıracağıq. Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim abidələri, yaşı minilliklərlə ölçülən yaşayış məskənləri, mədəniyyət mərkəzləri ilə diqqəti cəlb edir. Bu kontekstdə Azərbaycanın paytaxtı Bakı şəhəri, həmçinin qədim Azərbaycan tarixinin rəmzləri - milli memarlığımızın unikal nümunələri olan Qız qalası, İçərişəhər, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi haqqında məqalələr dərc ediləcək. Bundan əlavə, ərəb oxucular Şərq memarlığının inciləri olan Qarabağlar, Möminə Xatun, Şahxəndan, Şeyx Dursun, Yusif ibn Küseyir, Nuh peyğəmbər türbələrinin tarixi və orijinal memarlıq üslubları ilə yaxından tanış olacaqlar”, deyə o əlavə edib.

Ş. Süleyman qeyd edib ki, sözügedən layihə çərçivəsində Qarabağ həqiqətlərinə mükəmməl tarixi-hüquqi yanaşma sərgilənəcək.

“Əzəli yurd yerlərimizin qədim tarixi, işğal altında qalan torpaqlarımızdakı maddi-mədəni sərvətlərin erməni vandalları tərəfindən dağılıb-talan edilməsi tarixi, xronoloji faktlarla oxucuların diqqətinə çatdırılacaq. Bundan əlavə, Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçalarından, Qarabağ, Şirvan, Qazax xalçaçılıq məktəbindən bəhs edən məqalələrin dərc olunması nəzərdə tutulur”, - deyə Əbu-Dabi Universitetinin müəllimi vurğulayıb.

Onun sözlərinə görə, ərəb oxuculara Şərqin böyük alim və mütəfəkkirləri Nəsrəddin Tusi, Bəhmənyar, Bakuvi, Ağ Şəmsəddin, Mir Mövsüm Nəvvab, Qütbəddin Şirazi, Qətran Təbrizi, Əkmələddin Naxçivani, Yəhya Təbrizi, Fəthullah Şirvani, İbrahim Gülşəninin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək.



Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər