Azərbaycanın qəhrəman övladı

Məmmədzadə Zərintac 28/08/2020

Azərbaycan qəhrəman övladları ilə həmişə tanınır və zirvələrdədir! 

Onlardan biri də Milli Qəhrəman və şərəfli jurnalist Çingiz Mustafayevdir.

Çingiz Mustafayev 1960-cı il,  29 avqustda Həştərxan vilayətinin Vladimirovski rayonun Kapustin-Yar kəndində dünyaya göz açıb. O, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atası onu hərbiçi olmasını istəyirdi və bu səbəbdən Çingizi Naxçıvanski adına hərbi lisseyə göndərib. O, bu lisseydə 7 il təhsil alıb. Sonra hərbi məktəbi tərk edərək, müntəzəm orta məktəbə daxil olub.

1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi başa vurub. 

Çingiz Mustafayev 1970-ci ildə SSRİ və Azərbaycanda ilk disko-klubun yaradacısı olub və Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabrında Çingizin rəhbərliyi ilə 12 nəfərdən "Light DJ" və "Texnik"lərdən ibarət "3M" qrupunun əsası qoyulub. 

Anası onu həkim kimi görmək arzusundaydı, ona görə də Çingiz Mustafayev 1977-ci ildə Tibb İnstitutuna daxil olub və 1983-cü ildə buranı uğurla bitirib.  Sonra Çingiz təyinatla Şabranda 3 il həkim kimi çalışıb. Tibb İnstitutunu başa vurduqdan sonra o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.


Çingiz həkim olsa da, jurnalistikanı çox sevirdi. 1990-cı il 20 Yanvar hadisələri ərəfələrində bu düşüncə özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri məhz Çingiz lentə alıb. 1991-ci ildən isə həyatını tam olaraq jurnalistikaya həsr edib.


Azərbaycanın mərd oğlunu ölkədə gedən müharibə bu  müqəddəs peşəyə daha çox bağladı...

Ermənilərin Azərbaycana etdikləri təcavüzkarlıqları və həlak olan soydaşlarımızı gördükcə Çingiz göz yaşlarına hakim ola bilmirdi. Bu onun vətəni necə ürəkdən sevdiyini göstərirdi! 

Çingizin müharibədən başlayan jurnalist həyatı elə burada da yekunlaşdı.  Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya tutundu. O,  1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Lakin,  Azərbaycan miqyasında fəaliyyət göstərməklə yetinməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycanla bağlı gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı. Dövlət televiziyasında mövcud  senzura və ciddi yasaqlar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Bu səbəbdən Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və banisi olub. Onun reportajları cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul etdilər.


Çingiz Mustafayev Xocalı faciəsinin dünya çapına çıxarılmasında əsas böyük pay sahibidir...


Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər barəsində xüsusi reportajlar, habelə Azərbaycanda gedən siyasi proseslərə dair ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin bu filmi ilə Ermənistanın imici dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit, həmçinin,  komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq haqda verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Xalqın Milli Qəhrəmanı və böyük oğlu unudulmur. Azərbaycan tarixinə onu adı əbədi həkk olunub!


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər