Azərbaycan musiqisinin tarixi
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan və Gəmiqaya qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir.
İlk yazılı musiqi risalələrimiz hələ XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin adları ilə bağlıdır. Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır.
Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları - ifaçılar dəstəsinin adları bəllidir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttarxan, Hacı Hüsü də şöһrət qazanmış muğam oxuma məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, Tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin adları bizə məlumdur. Muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əһməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının adları da şöһrət qazanmışdır. Muğam sənətinin qanunauyğunluqları, ənənələri ta qədimdən bəri xüsusi məktəblərdə - məclislərdə, dərnəklərdə Xarrat Qulu (Şuşa), Maһmud ağa (Şamaxı), Məşədi Məlik Mənsurov (Bakı) və başqaları kimi məşһur muğam ustaları-müəllimlərinin rəһbərliyi altında öyrənilir və yayılırdı. Onlar Azərbaycan ifaçılıq məktəbinin təşəkkülündə mühüm rol oynamışlar. XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920-cı ildə yaranan, hazırda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri(ADSO)), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (XÇAO) (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı Evi (1939), Azərbaycan Dövlət Milli Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənmişdir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur.
003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası olmuşdur. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2009-cu ildə Qəbələ şəhərində keçirilən I Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi tarixində özünəməxsus rol oynadı və bir növ ənənəyə çevrildi. 2010-cu ildə keçirilən II Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya miqyasında böyük əks-səda doğurmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində beynəlxalq əlaqələr də genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları təşkil edilir. Eyni zamanda dünyamiqyaslı musiqiçilər - Mstislav Rastropoviç, Bella Davidoviç, Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlmiş, konsertlərlə çıxış etmiş, açıq dərslər vermişlər.
Son tədbirlərdən olan “İpək yolu - Birinci Simfonik və Kamera musiqisi festivalı” (2010) böyük əks-səda doğurmuşdur.