Zidan dünyanın ən yaxşı məşqçisi seçildi

Leyla Aliyeva 04/08/2020

Dünyanın ən yaxşı futbol məşqçisinin adı açıqlanıb. “Xəbərbuo” “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Madrid “Real”ının baş məşqçisi Zinnədin Zidan bu ada layiq görülüb. 

İkinci yeri Yurgen Klopp, üçüncü pilləni isə Pep Qvardiola tutub. 

Qeyd edək ki, fransalı mütəxəssisin başçılıq etdiyi “Real” cari mövsümü İspaniya La Liqasında çempion kimi tamamlayıb. “Kral klubu” eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti" ilə qarşılaşacaq. Madrid təmsilçisi ilk görüşdə doğma meydanda 1:2 hesabı ilə uduzub.