Zelenski rusiyalı zabitə sanksiyalar tətbiq etdi.

Aynur 07/09/2021

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı polkovnik-leytenant İvan Kuznetsova qarşı 3 illik sanksiya tətbiq edib.


“XəbərBüro” xəbər verir ki, bu barədə qərar Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub. Qeyd edilir ki. Kuznetsov Suriya ərazisində döyüşlərdə iştirak etdiyi üçün ona qarşı məhdudiyyətlər qoyulur. Rusiyalı zabitin 3 il müddətində hesabları dondurualacaq, ticari əməliyyatlar aparmasına, ukraynadan kapital çıxarmasına və s. icazə verilməyəcək.


Zelenski, həmçinin, krımlı Olqa Kalininaya qarşı da sanksiya tətbiq edib.