Zelenski NATO ölkələrinə xəbərdarlıq edib: “Rusiya dayanmaq niyyətində deyil"

Esed Abasli 24/03/2022

“Biz ancaq xalqımızı xilas etmək istəyirik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

O bildirib ki, Rusiya Ukraynada dayanmaq niyyətində deyil: “Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir. Tank, təyyarə və hava hücumundan müdafiə sistemlərinin bizim üçün əlçatan olması həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün önəmlidir”.

Dövlət başçısı, həmçinin Ukraynanın NATO-ya üzvlüyündən danışıb: “Daha bizə deməyin ki, sizin ordunuz NATO standartlarına uyğun deyil. Biz standartlarımızın nəyə qadir olduğunu artıq göstərmişik”.