Zelenski Kiyevi tərk etmədiyini açıqlayıb
Mükafat İsazadə 25/02/2022

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
“XəbərBüro ” xəbər verir ki, bununla bağlı Zelenski öz teleqram kanalında paytaxtın hökumət məhəlləsindən video yayımlayıb.
Videodan göründüyü kimi, Zelenski baş nazir Denis Şmıxal, Prezidentin aparat rəhbərinin müşaviri Mixailo Podolyak, Aparatın rəhbəri Andrey Yermakın əhatəsindədir.