"Zelenski dəlidir, getməyəcək..." - Ukrayna Prezident Ofisinin rəhbəri

Esed Abasli 08/03/2022

Prezident Vladimir Zelenski Ukraynanın paytaxtını tərk etmək fikrində deyil.
 
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak deyib.
 
"Zelenski Kiyevi tərk etməyəcək. O, sözün yaxşı mənasında dəli adamdır. O qorxmur. Zelenski ölkənin daxilində, ürəyində olmalıdır. Bizim prezidentimiz böyük ürəyi olan insandır. O, istənilən zərbəyə tab gətirməyə hazırdır. Heç bir xarici faktorun təsiri altında sınmayacaq",- Podolyak bildirib.