Zelenski Baydenlə müharibə əleyhinə koalisiyanı müzakirə edib

Mükafat İsazadə 25/02/2022

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.


“XəbərBüro " xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdəki hesabında bildirib.


Zelenski Baydenlə müharibə əleyhinə koalisiyanı müzakirə etdiyini vurğulayıb.


Telefon danışığında həmçinin Rusiya əleyhinə sanksiyalar da müzakirə edilib.


"İndicə Cozef Baydenlə gücləndirilmiş sanksiyalar, spesifik müdafiə yardımı və antimüharibə koalisiyası müzakirə olundu. Ukraynaya verdiyi güclü dəstəyə görə ABŞ-a minnətdarıq", - Zelenski tviter hesabında yazıb.