Zelenski altı şəhərə “Qəhrəman şəhər” adı verdi

Esed Abasli 07/03/2022

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra şəhərlərə “Qəhrəman şəhər” adı verildiyini açıqlayıb.

Bu barədə dövlət başçısının Ukrayna əhalisinə müraciətində deyilib. 

“Qəhrəman şəhər” adı Xarkov, Çerniqov, Mariupol, Xerson, Qostomel və Volnovaxa şəhərlərinə verilib.

Müvafiq sənəd Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.