Zaqatalaya leysan yağıb

Məmmədzadə Zərintac 03/08/2020

Leysan yağışları Zaqatalada bir sıra fəsadlar törədib. Güclü yağışlardan sonra Zaqatalanın mərkəzində və iki kəndində içməli su problemi yaranıb.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun dediklərinə görə, problemin aradan qaldırılması üçün işlər görülür:

“Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərində, eləcə də, Zaqatala şəhərinin özündə içməli su ilə təminatında problem yaranıb”.