Zaqatalada eyni anda beş maşın təmiri sexi yanıb

Esed Abasli 09/12/2021


Bu gün səhər saat 05:18-də Zaqatala şəhəri ərazisində, Talaçay çayının sol sahilində Qurbanov Qurban Azad oğluna məxsus, ümumi sahəsi 90 kvadratmetr olan 5 maşın təmiri sexində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində tikilidə olan, ümumi sahəsi 60 kvadratmetr olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları yanıb.

İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.