Zaqatalada bir qrup şəxs saxlanıldı

Leyla Aliyeva 09/07/2020

"Xəbərburo" DİN-ə istinadən xəbər verir ki, hovuzda istirahət edən bir qurup şəxs polisə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Qaydaları pozanlar etdikləri əməldən peşman olduqlarını etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.