Zaqatalada avtomobil üç piyadanı vurub
21/02/2021

Zaqatalada üç piyadanı minik avtomobili vurub.
"XəbərBüro" məlumat verir ki, , hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.
Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub.
Qəza zamanı xəsarət alan piyadalar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.