
Zakir Həsənov Monitorinq Mərkəzindən danışdı
30/01/2021

"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək".
"XəbərBüro" xəbər verir ki, bu fikri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında çıxış edərkən səsləndirib.
Zakir Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən münaqişəyə son qoyulub.
“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, - deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
