Zakir Həsənov Hulusi Akarı qarşılayıb

Məmmədzadə Zərintac 12/08/2020

Məlum olduğu kimi, bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər ölkəmizə səfər edib.

"XəbərBuro" xəbər verir ki, onları Azərbaycanın Müdafiə naziri Zakir Həsənov qarşılayıb.

 Türkiyənin böyük tərkibə malik hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birlikdə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin axırıncı epizodunu izləyəcək.