Yuryeviç Babuşkin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Məmmədzadə Zərintac 26/08/2020

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

"XəbərBuro” xəbər verir ki, təbrik məktubunda söylənilir:

“Bütün qəlbimlə sizə möhkəm can sağlığı, uzun ömür, əmin-amanlıq, bütün plan və təşəbbüslərinizin həyata keçməsini arzulayıram. Siyasi savad və idarəetmə istedadınız sizə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti postundakı fəaliyyətinizlə Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli işlərinizi uğurla birləşdirməyə imkan verir.

Siz haqlı olaraq, təkcə doğma vətəninizdə deyil, onun sərhədlərindən kənarda da dərin hörmətə sahibsiniz. Fürsətdən istifadə edərək, Həştərxan vilayəti və Azərbaycan arasında dostluq əlaqələri və işgüzar əməkdaşlığın inkişafında tam dəstəyinizə və əvəzsiz töhfələrinizə görə sizə minnətdarlığımı bildirirəm.

Əminəm ki, gələcəkdə də birgə səylərimizlə qarşılıqlı hörmət və inamlı əməkdaşlıq ənənələrimizi artıracağıq”.