Yurgen Klopp karyerasını sonlandıracağı tarixi deyib
Məmmədzadə Zərintac 17/08/2020

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp Mersisayd klubundan ayrıldıqdan sonra karyerasını sonlandıra bilər.
"Report"a istinadən "XəbərBuro" xəbər verir ki, o bununla bağlı "Sportbuzzer" nəşrinə açıqlamasında söyləyib.
Almaniyalı mütəxəssis vurğulayıb ki, "qırmızılar"la vidalaşdıqdan sonra 1 il istirahət edəcək: "Sonra özümə sual verəcəyəm ki, futbol üçün darıxıram, ya yox. "Yox" desəm, Yurgen Kloppun məşqçilik karyerası başa çatacaq".
Y.Kloppun "Liverpul"la 2024-cü ilin yayına kimi müqaviləsi var. Mersisaydlılar keçən mövsüm onun rəhbərliyi altında 30 ildən sonra İngiltərə Premyer Liqasının qalibi olub. Kloppun özü mövsümün ən yaxşı baş məşqçisi seçilib.