Yük maşını 3 avtomobillə toqquşdu, 2 nəfər öldü

Esed Abasli 10/02/2022

Şabran rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib. Hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 62 yaşlı Babayev Əli Hacıbala oğlu və 8 yaşlı Quliyeva Həqiqət Kamil qızı ölüb. Qəzada xəsarət alan Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu, Babayeva Səlminaz Xudat qızı və Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisə yük avtomobilinin sükanında yaranan texniki nasazlıq səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.